Öz əl işini necə hazırlaya bilərsən

Əl işləri fərqli materiallardan hazırlana bilər. Bu blogda Epoksi-dən əl işlərinin hazırlanması ilə bağlı kiçik məlumatı sizlərlə bölüşürük. Uyğun şərait və yaradıcılıq olarsa hər kəs öz əl işlərini hazırlaya bilər. Keyifli oxumalar

3/3/20241 min read

Öz əl işini necə hazırlaya bilərsən?

Bunun üçün aşağıdakı ardıcıllığı izləməlisən.⬇️

🎯 İlk epoksi lazım olacaq.

Bu maddə A və B olmaqla iki hissədən ibarətdir. Bu iki qarışım uyğun nisbətdə qarışdırmalıdır.

Qarışdırarkən mütləq maska və əlcəkdən istifadə etməyi unutma!

🎯 Bəyəndiyin qəlibi seç ki, qarışımı ona tökə biləsən.

Qəlib yalnız silikondan seçilməlidir.

🎯 Artıq əlişi - nin necə görünəcəyinə qərar verirsən: güllərdən, müxtəlif boyalardan, zərlərdən, və s… istifadə edə bilərsən. Xəyal dünyan nə qədər geniş və zəngindirsə sən digərlərindən fərqlənəcəksən!

🎯 Dizaynı etdikdən sonra qurumağını gözləyirik, bu müddət dizayndan aslıdır.

🎯 Quruşumuş əl işini qəlibdən diqqətlə çıxarır onun kənarlarını yonub hamar şəklə gətirirsən.

🎯 Üzərinə açarlığı taxıb prosesi bitirirsən. Artıq budur sənin əl işi açarlıq modelin hazırdır. Bu brelok sənə xüsusidir